Rəşad Sadıqov 1:7-dən sonra: "Siz buna layiq deyilsiz" - FOTO

21 Sentyabr 2022 23:00 Zirə 1 534
Rəşad Sadıqov 1:7-dən sonra: "Siz buna layiq deyilsiz" - FOTO

Rəşad Sadıqov məşqçi karyerasının ən ağır məğlubiyyətini arxada qalan tur aldı.

Onun komandası "Qarabağ"la matçda gözlənilmədən darmadağın oldu - 7:1.

Mənim tanıdığım, xarakterinə bələd olduğum Sadıqov əminəm ki, bu məğlubiyyətdən böyük dərs almış olacaq. Və bu, onun gələcək karyerasında müsbət dəyişiklərə səbəb ola bilər.

Hazırda isə gənc mütəxəssis darmadağının üzüntüsünü yaşamaqdadır. Həm də özündən, komandasından çox, sadiq azarkeşlərinə görə.

Belə ki, məlum oyundan 3 gün sonra çalışdırıcı öz instaqram hesabından fanatlara yönəlik paylaşım edib.

O, ağır məğlubiyyətə eyham vuraraq, fanatların yer aldığı fotoya "siz buna layiq deyildiniz" sözlərini yazıb.

Görünür, daim ona dəstək olan azarkeşlərin belə məğlubiyyətdən sonrakı üzüntüsü Rəşad Sadıqovu ən azı məğlubiyyət qədər sarsıdıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!