Premyer Liqaya dönüş, VAR-ın ləğv etdiyi qol, "qırmızı" və “Zirə”nin qələbəsi - FOTOREPORTAJ

7 Avqust 2022 01:10 Zirə 1 094
Premyer Liqaya dönüş, VAR-ın ləğv etdiyi qol, "qırmızı" və “Zirə”nin qələbəsi - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib.

Sportinfo.az xəbər verir ki, sayca 31-ci ölkə çempionatının ilk görüşündə “Kəpəz” “Zirə”ni qəbul edib.

Qarşılaşma Bakı klubunun hücumları şəraitində keçib. Oyun ərzində üstünlüyə sahib olan qəsəbə klubu ilk hissədə hesabı açıb. Mohammed Hamdaui mövsümün ilk qolunun müəllifi olub.

Lakin qonaqlar üstünlüyünü qoruya bilməyib. Gəncə təmsilçisi fasiləyədək hesaba tarazlıq gətirib. Mixail Erqemelidze “Zirə”nin qapısına yol tapıb.

Matçın sonlarında qırmızı vərəqə alan Dmitrios Çantakias “Zirə”ni azlıqda qoyub. Buna baxmayaraq, Rəşad Sadıqovun yetirmələri xal itkisindən uzatma dəqiqəqələrində qaça bilib.

Sərtan Taşkın görüşdə üçüncü qolu vuraraq komandasına 3 xal qazandırıb – 2:1.

Bu oyun Azərbaycan çempionatında ilk dəfə VAR-dan istifadə olunması ilə tarixə düşüb. Qarşılaşmanın sonlarında “Kəpəz”in oyundankənar vəziyyətdən vurduğu top qeydə alınmayıb.

turun açılış oyununda "Kəpəz" "Dalğa Arena"da "Zirə" ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olduğu üçün "Kəpəz" ev oyununu Bakıda keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!