“Sumqayıt” “Neftçi“yə qalib gəldi, çempion oldu - FOTOLAR

19 İyun 22:40 Zirə 1 928
“Sumqayıt” “Neftçi“yə qalib gəldi, çempion oldu - FOTOLAR

Sportinfo.az xəbər verir ki, AFFA-nın təşkil etdiyi AFFA Coca-Cola U-13 Liqasında 2021/2022-ci illər mövsümünün qalibi müəyyənləşib.

Liqanın final oyununda “Neftçi” ilə qarşılaşan “Sumqayıt” rəqibini 1:0 hesabı ilə məğlub edərək qızıl medallara sahib olub.

Üçüncü yer uğrunda oyunda isə “Kəpəz” və “Şamaxı” üz-üzə gəlib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Penalti seriyasını daha dəqiq yerinə yetirən “Kəpəz” mövsümü üçüncü pillədə başa vurub. Final qarşılaşmasından sonra mükafatlandırma mərasimi təşkil olunub.

Mükafatları Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayıov və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər.

“Neftçi” komandasının üzvü Səttar Tahirzadə “fair-play” mükafatına layiq görülüb. Qalib komandalar diplom və medallar, çempion “Sumqayıt” komandasına isə çempionluq kuboku təqdim edilib.

Digər Xəbərlər
Xəbər Lenti