Rəşad Sadıqov 2:2 incələdi

22 Yanvar 2022 11:00 Zirə 525
Rəşad Sadıqov 2:2 incələdi

"Matçın yüksək templə getməsi üçün maksimum çalışırdıq".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova məxs usdur.

O, Antalyada "Qurnik" (Leçna) ilə 2:2 hesablı heç-heçə etdikləri yoxlama oyununu dəyərləndirib. Onun fikrincə, qarşılaşma sürətli və dinamik alınıb:

"Oyun keyfiyyətini yüksəltmək və yaxşılaşdırmaq üçün üçün bu, vacib şərtdir. Toplanış müddətində komandamızın qarşısına qoyduğumuz başlıca məqsədlərdən biri o idi ki, oyunumuzun sürətini daha da artıraq.

Futbolçularımız özlərini çox yaxşı tərəfdən göstərdilər. Hətta bəzi futbolçularımızı 90 dəqiqə meydanda saxlamağı planlaşdırmadığım halda, onlar sürətli və dinamik idilər.

Əhvalları da, fiziki durumları da yaxşı idi. Bu səbəbdən, onları əvəzləmədim. Ümumilikdə matç gözlədiyimdən də yaxşı alındı.

Təlim-məşq toplanışında ikinci görüşümüzü keçirirdik. Ona görə də komandanın ideal səviyyədə olması mümkün deyildi.

Buna baxmayaraq, maraqlı oyunun şahidi olduq. Futbolçularımız nələr üzərində işləmişdilərsə, nələri yaxşılaşdırmaq istəyirdiksə, onları meydanda həyata keçirmək üçün əllərindən gələni etdilər".

Digər Xəbərlər
Xəbər Lenti