Azərbaycan Premyer Liqasının 11-ci tur çərçivəsində "Sumqayıt" doğma meydanda "Zirə"ni qəbul edib.
Final fitinə saniyələr qalmış qonaqların baş məşqçisi Rəşad Sadıqovla 4-cü hakim Rəvan Həmzəzadə arasında maraqlı dialoq yaşanıb.
Belə ki, oyuna əlavə olunmuş 5 dəqiqə başa çatsa da baş hakim matçı başa vurmayıb.
Sadıqov qərara etiraz edincə, Həmzəzadə əlavə bir neçə saniyənin oynadılmasını "Zirə"li futbolçuya verilən sarı vərəqə ilə izah verib.
Gənc mütəxəssis isə replikalı cavabı ilə yadda qalıb: "Sarı vərəqə nə qədər vaxt aldı axı? Belə qaydalar elə mənə aiddir?".
Xatırladaq ki, oyun "Zirə"nin 3-0 hesablı qələbəsi ilə başa çatıb.
SPORTİNFO.AZ