Qadın voleybolçulardan ibarət ikinci millimiz yarışlara hazırlıqları vətəndə keçir. Sportinfo.az xəbər verir ki, voleybolçularımız yarışlara türkiyəli mütəxəssis Adnan Kistakın rəhbərliyi altında Qubada hazırlaşır.
Qeyd edək ki, birinci yığmamız təlim-məşq toplanışını Sloveniyada keçirir. Faiq Qarayevin rəhbərliyi ilə qarşıdakı yarışlara hazırlaşan xanımlarımız artıq İrandan olan həmkarları ilə yoldaşlıq oyunu keçiriblər. Komandamız İran millisinə quru hesabla qalib gəlib.

