“1/4 final mərhələsinə çıxmaqla komandamız tarixi uğura imza atdı. Cari mövsümə qədər “Firenze” bu mərhələyə qədər irəliləyə bilməyib” - Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın voleybol millisinin üzvü Odina Bayramova deyib.
Yığmamızın kapitanının şərəfini qoruduğu İtaliya “Firenze”si İtaliya A seriyasında mübarizəni 1/4 finalda davam etdirəcək. Onlar pley-offda “Boltsano”ni yarışdan kənarlaşdırıblar. “Firenze” 1/4 finalda “Konegliano” ilə üz-üzə gələcək. Oyunlar aprelin 8-də və 17-də olacaq.
Azərbaycan Voleybol Federasiyasının “facebook” səhifəsinə danışan təcrübəli oyunçu bildirib ki, komandasının mərhələ adlamasında köməyi olduğu üçün şaddı: “İndi növbəti oyunlar haqqında fikirləşmək lazımdı. Pley-offda hər bir komandanın şansı var, favorit sayılmasa belə. Bizi güclü rəqib gözləsə də, təslim olmaq fikrində deyilik”.

