Ötən həftə qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2016/2017 mövsümünə yekun vurulub. 139 gün davam edən marafonu “Telekom” qızıl, “Azərreyl” gümüş, “Azəryol” bürünc medalla başa vurub. Növbəti mövsüm çempionatda neçə komandanın iştirak edəcəyinə iyulun sonu, avqustun əvvəli aydınlıq gələcək.
Bu barədə Sportinfo.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib. Mətbuat xidmətindən bildirilib ki, hazırda əsas diqqət İslamiadının hazırlığına yönəldilib və əsas suallara bu mötəbər yarış başa çatandan sonra aydınlıq gələcək. Artım isə gözlənilir. Həm qadınların, həm də kişilərin birinciliyində. Super Liqada minimum 6 komandanın mübarizə aparması nəzərdə tutulub.

