Qurbanovun Vasif Talıbovdan yeni klub yaratmaq xahişi

30 Mart 2017 18:24 Voleybol 1 547
Qurbanovun Vasif Talıbovdan yeni klub yaratmaq xahişi

“Naxçıvan”da idmanın inkişafı üçün işlər görülür. O cümlədən də voleybolun inkişafı üçün lazımı addımlar atılır” - Sportinfo.az-ın məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov deyib.

Bu gün Naxçıvanda kişi voleybolçular arasında yüksək dəstənin 2016/2017 mövsümünə yekun vurulub. Çempionat “Lokomotiv”in qələbəsi ilə yekunlaşıb. İkinci yeri “Neftçi”, üçüncü pilləni “Naxçıvan” tutub. Yarışın bağlanış mərasimində çıxış edən Cabbarov bildirib ki, Muxtar Respublika müxtəlif idman növləri üzrə yarışları keçirməyə hazırdi: “Çempionatın əsas hissəsinin I mərhələsi və pley-offun həlledici oyunları Naxçıvanda təşkil olundu. Gələcəkdə də burda müxtəlif idman növləri üzrə yarışları təşkil edəcəyik”.

Ardınca çıxış edən Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov oyunların Naxçıvanda keçirilməsindən məmnun olduğunu vurğulayıb. O, yerli Gənclər və İdman Nazirliyinə, həmçinin Voleybol Federasiyasına yarışı yüksək təşkil etdiyi üçün minnətdarlıq da edib (apasport.az):

“Mən Naxçıvanda Azərbaycan Voleybol Federasiyasının prezidenti kimi ilk dəfə çıxış edirəm. Bu gün “Naxçıvan” klubu çempionatı bürünc medalla başa vurdu. Sevindiricidi ki, onların heyətlərinin əsası yerli oyunçulardı. Mən Naxçıvanı qızlardan ibarət komanda da yaratmağa dəvət edirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti