Gələn mövsümdən elitada çıxış edəcək klublardan birinin adı dəqiqləşdi

24 Mart 2017 11:48 Voleybol 1 027
Gələn mövsümdən elitada çıxış edəcək klublardan birinin adı dəqiqləşdi

Növbəti mövsüm kişilər arasında voleybol üzrə ölkə çempionatının "sərhədləri böyüyəcək". Sportinfo.az xəbər verir ki, yarış iştirakçılarının sayında artım gözlənilir. AVF-nin I vitse-prezidenti Faiq Qarayev mayda Sumqayıtda sahibkarlarla danışıqlara başlayacaq.

“Gənclik şəhəri”ndə klub yaradılması üçün yetərli potensial var. Sadəcə, müəyyən təşkilatların az da olsa, maliyyə ayırması kifayət edir. Birinci dəstənin qalibi olan “Ekspress”in də növbəti mövsümdən elitada qüvvəsini sınayacağı dəqiqləşib. Həmçinin daha bir klubun ölkə çempionatında debüt edəcəyi gözlənilir.

Ancaq bu məsələ hələ dəqiqləşməyib. Hazırda çempionat 4 komandanın iştirakıyla keçirilir: "Lokomotiv, "Neftçi", "Naxçıvan" və MOİK. "Nəqliyyatçı" və "Sumqayıt" sezonun əvvəlində birinciliyi tərk edib. Hər ikisi bir səbəb üzündən - maliyyə problemi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti