4 rayonda yeni komanda yaradılır - Birbaşa elitada oynayacaq!

21 Mart 2017 13:00 Voleybol 1 270
4 rayonda yeni komanda yaradılır - Birbaşa elitada oynayacaq!

Avropa Voleybol Konfederasiyası (CEV) qadın və kişi klubların yeni reytinq cədvəlini açıqlayıb. Sportinfo.az xəbər verir ki, qadın komandalarının avrokubokdakı çıxışına əsasən tərtib olunan siyahıda ölkəmiz 4-cü pillədə qərarlaşıb. Ötənilki reytinqlə müqayisədə 10,67 xal itirən ölkəmizin əmsalı 282,66-ya bərabərdi.

2013/14, 2014/15 və 2015/16 mövsümlərinin nəticələrinə görə tərtib olunan cədvəldə 1 il əvvəlki mövqeyini qoruyan Azərbaycan yalnız Türkiyə (507,67), Rusiya (478,01) və Polşadan (290,99) geri qalır. Bu mövqe avrokuboklarda ən yüksək təmsilçisi sayına malik olmaq imkanı verir. Belə ki, Çempionlar Liqasına iki komandamız birbaşa, bir klubumuz isə “güzəştli kart”la qatıla bilər.

Həmçinin CEV kuboku və “Çağırış” kubokunda 1 komanda ilə təmsil olunmaq hüququna sahibik. Artıq “Telekom” və “Azərreyl” elit turnirdə oynamaq hüququnu əldə edib. Çünki sona 1 tur qalmış bu komandaların ilk 2 yeri tutacağı dəqiqləşib. Beləliklə, ardıcıl 3-cü mövsümdə də ÇL-də ölkəmizi “Telekom” və “Azərreyl” təmsil edəcək. “Azəryol” iddialı heyət formalaşdırsa, “güzəştli kart”la elit turnirə qatıla bilər. Əks halda, CEV kubokunda mübarizə aparmaq imkanı əldə edəcək. Belədə “Lokomotiv” üçün “Çağırış” kubokunda mübarizə aparmaq şansı yaranacaq.

Uzun müddətdi avrokuboklara qatılmayan kişi komandalarımızın beynəlxalq arenaya qayıdışı Çempionlar Liqasından gerçəkləşə bilər. Belə ki, əmsalı sıfra bərabər olan ölkəmiz 37-56-cı yerləri bölüşür. Bu isə ÇL-in təsnifat mərhələsində və “Çağırış” kubokunda 1 komanda ilə təmsil olunmağa imkan verir (Futbol+).

“Lokomotiv” voleybol klubunun borcları tam ödənilib. Klubun sabiq əcnəbi oyunçuları, məşqçiləri və işçilərinə çatacaq məbləğ onların hesabına köçürülüb. Bununla da Avropa Voleybol Konfederasiyasına edilən şikayətlər təmin olunub. Artıq nə klublarımızı, nə də federasiyanı hansısa cəza gözləyir. 800 min avroyadək olan borcu AVF ödəyib. Bu isə klublarımızı transfer qadağasından xilas edib.

Gələn il çempionatlarımızda iştirakçıların sayının artacağını xəbər vermişdik. İqtisad Universitetinin UNEC adıyla qadınların çempionatına komanda buraxacağı xeyli öncədən bəlliydi. “Lokomotiv”in heyəti yenə gücləndiriləcək. “Azəryol”un də sponsoru dəyişib. Ancaq böyük ehtimalla, klubun adı dəyişməyəcək. Qadınların yarışında iştirakçıların sayının 6-ya çatdırılması yönündə işlər gedir.

Sonuncu iştirakçının bölgə klubu olmaq ehtimalı böyükdü. Namizəd şəhərlər Göygöl, Mingəçevir, Qax və Şəkidi. Federasiya rəhbərliyi bu bölgələrin rəhbər şəxsləriylə danışıqlar aparacaq və klub yaradılması yönündə onları bu işə təşviq edəcək. Avropa çempionatının bir qrupunun oyunlarının Göygöldə keçiriləcəyini nəzərə alsaq, bu şəhərin elitada təmsil olunmaq şansının daha yüksək olduğunu söyləyə bilərik. Gürcüstan isə daha çempionatımıza “yamaq” olmayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti