COP29

"Hər şey yaxşı olacaq"

9 May 02:40 Voleybol 545
"Hər şey yaxşı olacaq"

"Qızıl Avropa Liqası gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır".

Sportinfo.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu milli komandamızın üzvü Marqarita Stepanenko deyib.

Bir müddət əvvəl Macarıstanın "Bekeşçaba" komandasından ayrılan voleybolçu Qızıl Avropa Liqasında uğurlu çıxış edəcəklərinə inandığını bildirib:

"Məşqlərə Bakıda start verdik. Ayın 9-da Sloveniyaya gedəcəyik.

Orada da yoxlama oyunları nəzərdə tutulub. Məşqlərimiz yaxşı gedir. Komandamıza gənc oyunçular cəlb olunub.

Əvvəlki heyətdən 4-5 voleybolçu var. Onlar yaxşı komandalara qarşı oynayıb, təcrübələrini artırmaq imkanı qazanıblar.

Əlbəttə ki, biz də yaxşı nəticələr qazanmaq istəyirik. Düşünürəm ki, Faiq Qarayevin rəhbərliyi ilə hər şey yaxşı olacaq".

Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununu mayın 17-də Xorvatiyaya qarşı keçirəcək. Mayın 18-də isə yığmamız Slovakiya ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti