Bakılı qız Çempionlar Liqasının ən yaxşıları arasında

5 Mart 2017 15:02 Voleybol 703
Bakılı qız Çempionlar Liqasının ən yaxşıları arasında

Qadın voleybolçular arasında Çempionlar Liqasının ən yaxşılarının adları açıqlanıb. Sportinfo.az-ın məlumatına görə, qrup mərhələsinin yekununa əsasən açıqlanan siyahıda Azərbaycan klublarından - “Telekom”la “Azərreyl”in oyunçuları da var.

Təmsilçilərimizdən ən yaxşı göstərici Valeriya Məmmədovaya məxsusdu. Azərbaycan millisinin də şərəfini qoruyan libero ən yaxşı top qəbul edənlər sırasında ikincidi. O, üzərinə gələn topların 42,86 faizini düzgün qəbul edib.

İlk “üçlük”də “Telekom”un voleybolçusu da yer alıb. 4 turdan sonra blokçuların siyahısına başçılıq edən Olena Həsənova çıxışını 3-cü pillədə başa vurub. O, 6 matçın 20 hissəsində 29 dəfə keçilməz olub. Həsənovanın liderliyi təhvil verməsində rəqibləri ilə müqayisədə az setdə çıxış etməsi də rol oynayıb. Bu oyunçularla yanaşı, bir neçə oyunçumuz da “20-liyə” düşüb. Bakı klubları qrup mərhələsində mübarizəni dayandırıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti