Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında 5-ci tura yekun vurulub. Sportinfo.az xəbər verir ki, turun son qarşılaşması Bakıda baş tutub. Azərbaycan çempionu “Azərreyl” “Fənərbağça”nı qəbul edib. Qarşılaşma rəqibin asan qələbəsi ilə yekunlaşıb - 0:3 (19:25, 16:25, 22:25).
Beləliklə, Bakı təmsilçisi ilk oyunda olduğu kimi bu dəfə də rəqibindən nə set, nə də xal ala bilib. Nəticədə “Fənərbağça”nın pley-offa qrup birincisi kimi yüksəlməsi rəsmiləşib. Komandamız isə turnir cədvəlində yenə ikincidi.

