“Telekom”un gücü Çempionlar Liqasında 1 setə çatdı

22 Fevral 2017 00:08 Voleybol 726
“Telekom”un gücü Çempionlar Liqasında 1 setə çatdı

Qadın voleybolçular arasında Çempionlar Liqasında V turun matçlarına start verilib. Sportinfo.az-ın məlumatına görə, ilk oyun günündə Azərbaycan klublarından “Telekom” meydana çıxıb. Zoran Qayiçin komandası Polşada “Ximik”in qonağı olub.

Gözlənildiyi kimi, voleybolçularımız səfərdən məğlubiyyətlə qayıdır. Çünki ötən turdan avrokubokla vidalaşan Bakı təmsilçisinin heyəti Orlen Liqanın qalibi ilə müqayisədə çox zəifdi. “Ximik” paytaxtımızdakı oyundan fərqli olaraq bu dəfə “quru hesab”la qalib gələ bilməyib. İlk seti qazanan “Telekom” sonrakı 3 hissədə isə rəqibin "toplarını sayıb".

A qrupu
“Ximik” (Polşa) – “Telekom” (Azərbaycan) 3:1 (21:25, 25:16, 25:13, 25:16)
Hakimlər:
Blaz Markelj (Sloveniya), Stefan Bernstrom (İsveçrə)
Şetsin. Azoti Arena


1.Modena (İtaliya) 4 4 0 12-4 384-347 11
2.Ximik (Polşa) 5 3 2 12-9 458-416 9
3.Konegliano (İtaliya) 4 2 2 10-8 381-376 7
4.Telekom (Azərbaycan) 5 0 5 2-15 342-426 0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti