“Həmişə olduğu kimi, yenə hər şey özümüzdən asılıdı. Çox gözəl başa düşürük ki, hər 2 matçda qələbə qazanmalıyıq” - Sportinfo.az-ın məlumatına görə, bunu Polşanın “Ximik” klubunun voleybolçusu Yoanna Voloş deyib.
27 yaşlı toppaylayıcı Çempionlar Liqasında “Telekom”la V turun oyununu şərh edib. O bu gün Şetsində keçiriləcək qarşılaşmada yalnız qələbə barədə fikirləşdiklərini açıqlayıb: “Qrupdan çıxmağı düşünürüksə, maksimum nəticə əldə etməliyik. “Telekom”la oyunu səbirsizliklə gözləyirik. Məqsədimiz Bakıda olduğu kimi, yenə də 3:0 hesablı qələbədi”.

