“Biz heç də ən yaxşı oyunumuzu göstərmədik. Hətta bacarığımızın 50 faizini belə nümayiş etdirə bilmədik” - Sportinfo.az-ın məlumatına görə, bunu “Telekom”un baş məşqçisi Zoran Qayiç deyib. Serbiyalı mütəxəssis komandasının Azərbaycan Super Liqasında ilk məğlubiyyətini şərh edib.
O bildirib ki, “Azəryol”la (0:3) görüşdə yetirmələri özlərini yaxşı tərəfdən göstərməyib: “Voleybolda bəzən belə hallar da olur. Sanki oyunçularımızın beyni sönmüşdü. Buna baxmayaraq, hədəfimiz dəyişmir. Yerdə qalan bütün oyunlarda qələbə qazanmalıyıq”.

