"Telekom" məğlub oldu, "Azərreyl" liderlə fərqi azaltdı

18 Fevral 2017 09:00 Voleybol 652
"Telekom" məğlub oldu, "Azərreyl" liderlə fərqi azaltdı

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 4-cü dövrənin ilk oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, günün mərkəzi oyunu lider “Telekom”la “Azəryol” arasında keçirilib. Oyun "Azəryol"un 3:0 hesablı qələbəsiylə nəticələnib. Zoran Qayiçin yetirmələri ölkə çempionatında 314 gündən sonra məğlubiyyət acısı yaşayıblar.

“Azərreyl” isə bundan məharətlə istifadə edib. “Lokomotiv”lə qarşılaşan Famil Ağayevin yetirmələri 3:0 hesabı ilə qalib gəliblər. Bu oyunlardan sonra "Telekom" yenə turnir cədvəlinə başçılıq edir (29 xal). İkinci "Azərreyl"in 26, üçüncü "Azəryol"un isə 19 xalı var. "Lokomotiv" 6 xalla 5-ci, Gürcüstanın gənclərdən ibarət komandası isə 0 xalla sonuncudu.

“Lokomotiv” – “Azərreyl” - 0:3 (10:25, 24:26, 15:25)
“Azərreyl” Voleybol Mərkəzi
I dövrə: “Azərreyl” – “Lokomotiv” - 3:0 (25:14, 25:10, 25:8)
II dövrə: “Lokomotiv” - “Azərreyl” - 0:3 (20:25; 12:25; 15:25)


“Azəryol” – “Telekom” - 3:0 (26:24; 25:22, 25:20)
“Azərreyl” Voleybol Mərkəzi
I dövrə: “Telekom” – “Azəryol” - 3:1 (23:25, 25:19, 25:15, 26:24)
II dövrə: “Azəryol” - “Telekom” - 2:3 (24:26, 13:25, 31:29, 25:18, 6:15)
III dövrə: “Telekom” – “Azəryol” - 3:1 (25:19, 25:15, 19:25, 25:21)

Telekom 12 11 1 33-14 1096-877 29
Azərreyl 11 8 3 30-11 939-741 26
Azəryol 12 6 6 24-18 928-838 19
Lokomotiv 11 2 9 7-28 585-829 6
Gürcüstan 8 0 8 1-24 357-620 0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti