Kişi voleybolçular arasında Azərbaycan çempionatının növbəti oyunlarının tarixi və keçirilmə yeri açıqlanıb. Sportinfo.az xəbər verir ki, III mərhələ Bakıda təşkil olunacaq. Fevralın 27-də Dərnəgüldə “Azərreyl” Voleybol Bazasında başlayacaq oyunlar matın 3-də bitəcək.
Ardınca eyni arenada pley-offa start veriləcək. Martın 15-17-də olacaq 3 günlük görüşlərdən sonra həlledici matçlar Naxçıvanda təşkil olunacaq. Burda son oyunlar martın 28-də başlayacaq və ayın 31-də Azərbaycan çempionunun adına aydınlıq gələcək. İki 2 dövrədən sonra “Neftçi” vahid liderdi.

