Azərbaycan yığması Avropa Qızıl Liqasında ardıcıl 5-ci məğlubiyyəti aldı

03:50 Voleybol 128
Azərbaycan yığması Avropa Qızıl Liqasında ardıcıl 5-ci məğlubiyyəti aldı

Qadın voleybolçulardan ibarət Avropa Qızıl Liqasında III mərhələyə start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi Xorvatiyada keçiriləcək turda ev sahibləri ilə qarşılaşıb.

4 oyundan sonra aktivində xal olmayan və sonuncu pillədə qərarlaşan Faiq Qarayevin yetirmələri “qara zolaq”dan çıxa bilməyiblər.

Meydan sahibləri ilə oyuna millimiz daha yaxşı başlayıb. İlk setdə qalib gələn voleybolçularımız növbəti setlərdə rəqib daha yaxşı oyanyıb. Xorvatiya yığması 3:1 hesabı ilə qalib gəlib.

Millimiz Avropa Qızıl Liqasında 5-ci görüşü də məğlubiyyətlə başa vurub.

Azərbaycan - Xorvatiya - 1:3 (25:19, 15:25, 17:25, 20:25)
Hakimlər:
Sabine Uitt (Almaniya), Toni İvkoviç (Xorvatiya)
Zadar, “Kresimir Cosic Sports Hall”

Digər Xəbərlər
Xəbər Lenti