Avropa klubuna keçən millimizin legioneri: “Var gücümü sərf etməyə hazıram"

03:50 Voleybol 97
Avropa klubuna keçən millimizin legioneri: “Var gücümü sərf etməyə hazıram"

Yunanıstanın “Panionios” voleybol klubu Polina Rəhimovanı transfer etdiklərini rəsmi şəkildə açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan voleybolçusu klub və azarkeşlərə müraciətində yeni çağırışı qəbul etdiyinə görə məmnun olduğunu bildirib.

Rəhimova ambisiyaları olan kluba gəldiyini vurğulayıb:

"Panionios’un mənə maraq göstərməsi çox xoş oldu. Bu, böyük ambisiyalara malik komandadır və yeni mövsümdə avrokuboklarda da çıxış edəcək.

Belə kollektivin bir hissəsi olmaq xoşdur və klubun uğur qazanması üçün bütün gücümü sərf edəcəyəm".

Rəhimova ötən mövsümü Braziliyada keçirib və “Osasko”nun heyətində ölkə çempionu və kubokun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti