Millimizin Qızıl Avropa Liqası üçün heyəti bəlli oldu

03:20 Voleybol 75
Millimizin Qızıl Avropa Liqası üçün heyəti bəlli oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün heyəti bəlli olub.

Sportinfo.az xəbər verir ki, yığmamızın ilkin heyətində 19 voleybolçu yer alıb.

Baş məşqçi Faiq Qarayav komandanın düşərgəsinə 8 hücumçu, 5 blokçu, 4 libero və 2 toppaylayıcı çağırıb. Təcrübəli mütəxəssisə məşqçilər korpusunda Famil Ağayev və Emin Əbilov kömək edəcəklər.

Liberolar: Asiyət Abuyeva, Ceyran İmanova, Yuliya Kərimova, Bəyaz Quluyeva;

Toppaylayıcılar: Yana Doroşenko, Kristina Besman;

Blokçular: Anastasiya Mertsalova, Aynur İmanova, Ayşən Abduləzimova, Mariya Kirilyuk, Olena Xarçenko;

Hücumçular: Yelizaveta Ruban, İlhamə Əzimova, Ülkər Kərimova, Nikolina Başnakova, Polina Rəhimova, Marqarita Stepanenko, Kseniya Pavlenko, Yelizaveta Burkova.

Millimiz ilk oyununu mayın 30-da Bakıda Macarıstana qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti