Azərbaycan yığmasının xarici klubdan ayrılan oyunçusundan maraqlı...

08:20 Voleybol 136
Azərbaycan yığmasının xarici klubdan ayrılan oyunçusundan maraqlı...

Macarıstan karyerasını başa vuran voleybolçu Ayşən Abduləzimova maraqlı nailiyyətə imza atıb.

Sportinfo.az xəbər verir ki, söhbət bir azərbaycanlı hücumçunun bir xarici klubda oynama müddətindən gedir.

Abduləzimova 2018-ci ildə qoşulduğu Macarıstan "Vaşas"ında ümumilikdə 6 il çıxış edib.

Əvvəlcə orada iki mövsüm keçirdikdən sonra blokçu COVID pandemiyası zamanı Türkiyənin "Sarıyer Belediyesi"ndə çıxış edib, daha sonra 2021-ci ildə Macarıstan çempionatına qayıdıb.

Bu müddət ərzində Abduləzimova klubun kapitanı və ümumilikdə 5 dəfə Macarıstan çempionatının qalibi olub.

Cari mövsüm bitincə voleybolçumuz "Vaşaş"dan ayrılmaq qərarına gəlib.

Digər Xəbərlər
Xəbər Lenti