
Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası iki legioner oyunçusu ilə müqaviləni yeniləyib.
Sportinfo.az istinadən xəbər verir ki, “dəmiryolçular” rusiyalı Sergey Platanenkov və iranlı Məhəmmədhüseyn Çarklui ilə sözləşmənin müddətini uzadıb.
Həmin voleybolçular daha bir il Bakı klubunda çıxış edəcəklər.
Hər iki oyunçu 2023-cü ildən “Azərreyl”in formasını geyinir.
Yüksək Liqanın son qalibi “Azərreyl” daha əvvəl baş məşqçisi Boris Qrebennikov ilə yeni müqavilə imzalayıb.