"Mən bütün bunlara layiq idim, qazanmaq üçün əlimdən gələni etdim”

18 Aprel 08:20 Voleybol 283
"Mən bütün bunlara layiq idim, qazanmaq üçün əlimdən gələni etdim”

"Komandamla fəxr edirəm.

Biz bunu bacardıq və çempion olduq".

Sportinfo.az xəbər verir ki, bunu "Alba"nın heyətində Rumıniya çempionu titulunu qazanan Azərbaycan millisinin voleybolçusu Yelizaveta Ruban deyib.

“Voluntari” ilə final seriyası 4:1 hesabı ilə millimizin blokçusu Olena Xarçenkonun da çıxış etdiyi "Alba"nın xeyrinə başa çatıb.

Ruban çempionluq üçün əlindən gələni etdiyini deyib: "Mən bütün bunlara layiq idim, məqsədimə çatmaq, titul qazanmaq üçün əlimdən gələni etdim".

Bu, hücumçunun "Alba"nın heyətində ilk mövsümü idi. O, komanda ilə Rumıniya kubokunu da qazanıb və CEV kubokunun finalına yüksəlib.

Bundan əvvəl Ruban Rumıniyanın "Luqoj" klubunda da çıxış edib.

Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!