“Yenə biz qalib gələcəyik”

18 Aprel 03:50 Voleybol 280
“Yenə biz qalib gələcəyik”

“Qələbə münasibətilə komandamı təbrik edirəm. 3:1 hesabı ilə qalib gəldiyimiz üçün şadam”.

Sportinfo.az xəbər verir ki, bunu “Abşeron”un voleybolçusu Mariya Kirilyuk deyib.

Orta oyunçusu Yüksək Liqanın yarımfinal mərhələsində “Gəncə” ilə ilk oyun barədə fikirlərini bildirib:

“İlk hissədə bəzi səhvlərimiz oldu, lakin bunun öhdəsindən gəldik. Qarşıda yarımfinalın daha bir oyunu var, bu qarşılaşmaya hazırlaşacağıq.

Ümid edirəm ki, yenə biz qalib gələcəyik. İnanıram ki, layiqli çıxış edib yaxşı yer tutacağıq”.

“Abşeron” “Gəncə”yə 3:1 (23:25, 25:18, 25:13, 25:18) hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!