“Məqsəd çempionluqdur, özümüzə inamı geri qaytarmaq vacibdir”

7 Aprel 03:20 Voleybol 317
“Məqsəd çempionluqdur, özümüzə inamı geri qaytarmaq vacibdir”

“Bu oyun bizim üçün vacib idi, matça köklənmişdik, yaxşı hazırlaşmışdıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Abşeron”un voleybolçusu Katerina Jidkova deyib.

Hücumçu Yüksək Liqanın “Milli Aviasiya Akademiyası” ilə oyunu barədə fikirlərini Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlayıb:

“Belə hesab qeydə alındığına görə də şadıq. Bu oyun bizə həm də psixoloji olaraq vacib idi, çünki bu komanda ilə oynadığımız son iki qarşılaşmada məğlub olmuşduq.

Pley-offdan əvvəl özümüzə inamı geri qaytarmaq vacibdir. Çempionatın əsas hissəsi yaxınlaşır, məqsədimiz çempion olmaqdır, bunun üçün maksimum çalışırıq. Ümid edirəm ki, bunu bacaracağıq. Komandama inanıram”.

“Abşeron” “Milli Aviasiya Akademiyası”na 3:0 (25:17, 25:19, 25:17) hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!