COP29

“Qızıl Avropa Liqasında yaxşı oynayıb, uğurlu nəticə qazanmaq istəyirik”

14 May 08:20 Voleybol 265
“Qızıl Avropa Liqasında yaxşı oynayıb, uğurlu nəticə qazanmaq istəyirik”

“Qızıl Avropa Liqasında yaxşı oynayıb, uğurlu nəticə qazanmaq istəyirik”.

Sportinfo.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu kişilərdən ibarət milli komandamızın kapitanı Vüqar Bayramov deyib.

“Murov Az Terminal” kollektivinin voleybolçusu Qızıl Avropa Liqasında uğurlu çıxış edəcəklərinə inandığını bildirib:

“Mayın 17-də mübarizəyə başlayırıq. Klub mövsümü də yeni bitib, bir neçə günlük istirahətdən sonra milli komandanın bazasında toplaşdıq.

1-ci turun qarşılaşmaları Bakıda olacaq. Rəqiblərimiz Ukrayna və Rumıniya güclü komandalardır.

Qarşılaşmalar çətin olacaq. Bu il yığma komandamızda gənc oyunçular da çoxdur.

Əsas voleybolçularımızdan zədəsi olanlar da var. Buna baxmayaraq, biz əlimizdən gələni edəcəyik ki, yaxşı oynayaq və uğurlu nəticə qazanaq”

Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununu mayın 17-də Rumıniyaya qarşı keçirəcək.

Mayın 19-da isə yığmamız Ukrayna ilə qarşılaşacaq.

Xəbər Lenti