Azərbaycan klubu avrokubok matçlarını hansı ölkədə keçirəcək?

7 Dekabr 2022 02:30 Voleybol 641
Azərbaycan klubu avrokubok matçlarını hansı ölkədə keçirəcək?

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun Çelenc kubokunun 1/16 final mərhələsində keçirəcəyi oyunların yeri və vaxtı dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, Eldar Yusubovun yetirmələri “Turingen”lə hər iki matçı Almaniyada keçirəcək.

Bu barədə iki klub arasında qarşılıqlı razılaşma əldə olunub. Dekabrın 14-də öncədən Bakıda təşkil olunması planlaşdırılan ilk qarşılaşma Almaniyada keçiriləcək.

“Azərreyl” həmin matçın nominal meydan sahibi olacaq. Komandaların cavab oyunu isə öncədən nəzərdə tutulduğu kimi dekabrın 20-də deyil, ayın 15-də təşkil olunacaq.

“Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!