Legionerimiz: “Bu klubla yeni fəsil yazmaq istəyirəm"

8 İyun 2025 03:20 Voleybol 3 962
Legionerimiz: “Bu klubla yeni fəsil yazmaq istəyirəm"

Azərbaycan millisinin voleybolçusu Kristina Besman "Omiçka"nın heyətində qarşıdan gələn mövsümlə bağlı gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, komandasının Rusiya Superliqasında ən azı pley-offa vəsiqə uğrunda mübarizə apara biləcəyinə ümid etdiyini bildirib.

Besman qarşılarında böyük hədəflər olduğunu bildirib: "Biz pley-offa vəsiqə uğrunda mübarizə aparacağıq.

Çünki "Omiçka" böyük tarixə malik komandadır. Yeni fəsil yazmaq istəyirəm. Mövsüm üçün hədəflərimə gəlincə, onlar yalnız klubun uğurlu çıxışı ilə bağlıdır".

Besman daha əvvəl "Yenisey"də çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb