Azərbaycan Avropa Gümüş Liqasının “4-lüy”ündə

10 İyun 2025 03:40 Voleybol 1 718
Azərbaycan Avropa Gümüş Liqasının “4-lüy”ündə

Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Gümüş Liqasının açılışından sonra ümumi hesabda 4-cü yerdə qərarlaşıb.

Sportinfo.az xəbər verir ki, millimiz İsveçin Umea şəhərində start götürən turnirdə əvvəlcə meydan sahiblərinə uduzsa da (0:3), Gürcüstanı məğlub (3:0) edib.

Üç xal qazanan Fərid Cəlalovun komandası yalnız üçüncü yeri tutan Avstriyaya set fərqi ilə uduzub.

Millimiz turnirin növbəti mərhələsini evdə keçirəcək. Yığmamız Bakıda iyunun 13-də Lüksemburqu, ayın 15-də isə Macarıstanı qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb