Millimiz ən zəif komandadır - Avropa Qızıl Liqasında

10 İyun 03:10 Voleybol 1 014
Millimiz ən zəif komandadır - Avropa Qızıl Liqasında

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması hazırda Avropa Qızıl Liqasında ən aşağı göstəriciyə malik komanda olaraq qalır.

Sportinfo.az xəbər verir ki, yığmamız turnirin əvvəlindən keçirdiyi bütün görüşlərdə məğlub olub.

Voleybolçularımız Sloveniya, Macarıstan, Slovakiya və Monteneqroya qarşı oyunların heç birini qazana bilməyib. Millimiz bu qarşılaşmalardan yalnız Monteneqro ilə oyunda bir set götürə bilib.

Faiq Qarayevin komandası Avropa Qızıl Liqasında hələ də xal qazanmayan yeganə komandadır.

Dörd matçlıq qələbə seriyası ilə Ukrayna ümumi sıralamada liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!