Azərbaycan komandası Avropa Gümüş Liqasında beşincidir

17 İyun 2025 02:40 Voleybol 1 035
Azərbaycan komandası Avropa Gümüş Liqasında beşincidir

Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Gümüş Liqasında ümumi hesabda beşinci yerdədir.

Sportinfo.az xıbır verir ki, turnirin Bakı mərhələsi meydan sahiblərinə heç bir xal qazandırmayıb.

Komandamız öz meydanında Lüksemburq (0:3) və Macarıstana (1:3) uduzub.

Fərid Cəlalovun yetirmələri İsveçin Umea şəhərində keçirilən mərhələdə Gürcüstan üzərində qələbə sayəsində 3 xala sahib olub.

Millimiz Farer adalarına səfər edəcək. Komandamız iyunun 20-də meydan sahibləri, ertəsi gün isə Avstriya ilə qarşılaşacaq.

Avropa Gümüş Liqasının turnir cədvəlinə 12 xalla İsveç liderlik edir. Yığmanın 4 qələbə seriyası var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb