Azərbaycan komandası üçün Avropa Qızıl Liqasının Xorvatiya mərhələsi başlayır

13 İyun 03:30 Voleybol 917
Azərbaycan komandası üçün Avropa Qızıl Liqasının Xorvatiya mərhələsi başlayır

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi iyunun 13-14-də 2025-ci il mövsümündə Avropa Qızıl Liqasında son oyunlarını keçirəcək.

Sportinfo.az xəbər verir ki, yarış Xorvatiyanın Zadar şəhərində baş tutacaq.

Faiq Qarayevin yetirmələri iyunun 13-də meydança sahibləri, ertəsi gün isə Rumıniya ilə qarşılaşacaqlar.

Komandamızın xorvatlarla matçlarda müsbət statistikası var. Rəqiblər rəsmi yarışlarda altı dəfə üz-üzə gəliblər və beş oyunda Azərbaycan komandası qələbə qazanıb. Sonuncu dəfə bu, ötən ilin Avropa Qızıl Liqasında baş verib - 3:0.

Rumıniya ilə qarşılaşmaların statistikasına gəlincə, altı rəsmi matçdan sonra 3:3 hesablı bərabərlik var. Düzdür, ötən ilki Avropa Qızıl Liqası da daxil olmaqla, son üç görüşdə rəqiblər qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!