Azərbaycan Niderland və Çexiyaya rəqib oldu - "Savaria"da

2 Avqust 2021 23:20 Voleybol 784
Azərbaycan Niderland və Çexiyaya rəqib oldu - "Savaria"da

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Macarıstanda beynəlxalq "Savaria" turnirində mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, avqustun 5-də start götürəcək yarışda rəqiblər ev sahibləri, Niderland və Çexiya yığmaları olacaq.

Vüqar Əliyevin baş məşqçi olduğu yığma bu komandalarla üç gün ərzində ardıcıl olaraq, üz-üzə gələcək. Turnir dairəvi sistemlə keçiriləcək.

Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədilə daha əvvəl Yunanıstanda təlim-məşq toplanışında olub.

Komanda üzvləri məşqlərlə bərabər yerli yığma ilə 3 yoxlama oyunu da keçirib və 1 qarşılaşmada qalib olub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var