Azərbaycan yığması Qızıl Avropa Liqasından uzaqlaşdırıldı

28 İyun 2021 23:40 Voleybol 1 371
Azərbaycan yığması Qızıl Avropa Liqasından uzaqlaşdırıldı

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında 2021/22 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, “Dördlər finalı”nın matçları Bolqarıstanda baş tutub.

Xorvatiyanı 3:1 hesabı ilə məğlub edən meydan sahibləri turnirin qalibi olub. Üçüncülük qarşılaşmasında qrupda Azərbaycanın rəqibi olan İspaniya Çexiyanı 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.

Mübarizəni qrup mərhələsində dayandıran Azərbaycan yığması Qızıl Avropa Liqasında sonuncu – 11-ci göstəriciyə imza atıb.

Bu, millimizin Gümüş Avropa Liqasına yuvarlanması ilə nəticələnib. Yığmamızın əvəzinə isə Bosniya və Herseqovina Qızıl Avropa Liqasında oynayacaq.

Xəbər Lenti