Azərbaycan millisi "Dördlər finalı"na yüksəlmək şansını itirdi

5 İyun 2021 23:00 Voleybol 1 014
Azərbaycan millisi "Dördlər finalı"na yüksəlmək şansını itirdi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız Qızıl Avropa Liqasında ikinci dövrəyə start verib.

A qrupunda yer alan Vüqar Əliyevin yetirmələri Fransadakı dövrəyə İspaniya ilə görüşlə start verib. İlk üç görüşdə xal qazana bilməyən millimiz yenə də rəqibi qarşısında aciz qalıb.

Voleybolçularımız gücü cəmi 1 setə çatıb. Nəticədə yenə xal qazana bilməyən yığmamız “Dördlər finalı” arzusunu dəfn edib.

Yalnız qrup qalibi yarımfinala vəsiqə qazanacaq.

II dövrə
IV tur
İspaniya – Azərbaycan - 3:1 (25:19, 22:25, 25:21, 25:13)
Hakimlər:
Olivye Julye (Fransa), Vitor Alexandre Qonsalveş (Portuqaliya)
Marehal Harnes regional idman zalı

1

İspaniya

4

4

0

12-4

11

2

Rumıniya

3

2

1

8-5

6

3

Fransa

3

1

2

6-7

4

4

Azərbaycan

4

0

4

2-12

0

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”