Azərbaycan millisi Qızıl Avropa Liqasına kimlərlə gedir?

11 May 2021 11:20 Voleybol 700
Azərbaycan millisi Qızıl Avropa Liqasına kimlərlə gedir?

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin ilkin heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Qızıl Avropa Liqasında iştirak üçün sifariş vərəqinə 20 oyunçu daxil edilib.

Təcrübəli voleybolçuları yenidən bir araya gələn millimiz yalnız analıq məzuniyyətində olan Yelizaveta Rubanın (Səmədova) xidmətindən məhrumdur. Heyətdə 3 libero, 5 toppaylayıcı, 7 blokçu və 5 hücumçu yer alıb.

Qızıl Avropa Liqasının A qrupunda yer alan yığmamız Fransa, İspaniya və Rumıniya ilə mübarizə aparacaq. Komandamız qrup mərhələsinə iyunun 6-da Rumıniya ilə görüşlə start verəcək.

Azərbaycan millisinin heyəti:
Libero:
1. Leyla Parşkova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova;

Toppaylayıcılar: 2. Yana Doroşenko, 12. Valeriya Kondratyeva, 14. Kristina Yaqubova, 15. Raziyə Əliyeva, 18. Şəfaqət Alışanova;

Blokçular: 6. Ayşən Abduləzimova, 8. Nilufər Ağazadə, 10. Anastasiya Mertsarova, 14. Olena Xarçenko, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk, 23. Larisa Smertsova;

Hücumçular: 3. Anastasiya Qurbanova, 10. Marqarita Stepanenko, 4. İlhamə Əliyeva, 11. Anastasiya Bayduk, 5. Odina Əliyeva.

Digər Xəbərlər
Xəbər Lenti