Yığmamızın üzvünün qarın boşluğunda yırtıq əmələ gəldi

27 May 2017 11:24 Voleybol 732
Yığmamızın üzvünün qarın boşluğunda yırtıq əmələ gəldi

Azərbaycan milli komandasının qadın voleybolçusu Olena Həsənova Türkiyədə əməliyyat olunub. Sportinfo.az xəbər verir ki, tibbi müdaxilə “Acibadem Fulya" xəstəxanasında uğurla gerçəkləşib. 22 yaşlı blok qurucusunun həkimi Ömər Faruk Taşer gənc oyunçunun 2-3 aydan sonra meydana dönəcəyini bildirib.

Olena Həsənova "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq zamanı ciddi ağrılar hiss edib. Bu səbəbdən, müayinə olunan Həsənovanın qarın əzələlərinin altında yırtığının yenidən problem yaratdığı ortaya çıxıb. Nəticədə o, İslamiadada iştirak edə bilməyib. Voleybolçu mayın sonlarında Bakıda keçiriləcək dünya Çempionatının seçmə oyunlarında da milliyə kömək edə bilməyəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti