Millimiz Ukraynaya da uduzdu

27 May 2017 08:00 Voleybol 622
Millimiz Ukraynaya da uduzdu

Kişi voleybolçular arasında dünya çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı A qrupunda 3-cü turun görüşlərinə start verilib. Yığmamız bu dəfə Ukrayna ilə qarşılaşıb. İlk iki oyununda məğlub olan Fərid Cəlalovun yetirmələri üçünü qarşılaşmasında da eyni aqibətlə üzləşib - 0:3.

Millimiz ilk matçında Türkiyəyə, ikinci oyunda isə Almaniyaya 0:3 hesabı ilə məğlub olmuşdu. Hazırda hesabında xal olmayan Azərbaycan millisi İslandiya ilə birgə son pilləni bölüşür. Birinci sırada isə keçirdiyi hər 3 oyunu qələbəylə başa vuran Almaniya yığması qərarlaşıb.

A qrupu

Ukrayna - Azərbaycan 3:0 (25:13, 25:23, 25:20)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti