Azərbaycan Almaniyaya uduzdu

26 May 2017 08:00 Voleybol 643
Azərbaycan Almaniyaya uduzdu

Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində II tur matçını keçirib. Sportinfo.az xəbər verir ki, rəqib Almaniya olub.

Fransanın Lion şəhərində təşkil olunan A qrupunun oyunu Bundestimin qələbəsi ilə yekunlaşıb - 3:0. Azərbaycan rəqibə birinci setdə ciddi müqavimət göstərsə də, rəqib üstün olub - 29:27. Sonrakı iki set isə eyni hesabla bitib - 25:18.

Beləliklə, Fərid Cəlalovun baş məşqçi olduğu komanda ardıcıl ikinci məğlubiyyətə düçar olub. İlk turda Türkiyəyə məğlubiyyət qeydə alınmışdı - 0:3. İki turdan sonra xalsız olan Azərbaycan millisini qarşıdakı 3 gün ərzində Ukrayna, Fransa və İslandiya ilə də oyunlar gözləyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti