Azərbaycan yığması DÇ-nın ilk seçmə oyununda Türkiyəyə uduzdu

25 May 2017 12:00 Voleybol 752
Azərbaycan yığması DÇ-nın ilk seçmə oyununda Türkiyəyə uduzdu

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçirib. Sportinfo.az xəbər verir ki, Fransanın Lion şəhərində təşkil olunmuş A qrupunun görüşündə rəqib Türkiyə olub.

Qarşılaşma "ay-ulduzlular"ın qələbəsi ilə yekunlaşıb - 3:0. Fərid Cəlalovun baş məşqçi olduğu komanda rəqibə ilk 2 setdə ciddi müqavimət göstərsə də, üçüncü setdə təslim olub - 21:25, 21:25, 13:25.

Qrupda ilk turun digər oyunlarında Almaniya ilə Ukrayna, İslandiya ilə Fransa görüşəcək. Sabah keçiriləcək növbəti turun oyununda isə rəqib Almaniya olacaq. Azərbaycan və Türkiyə yığmaları "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında da A qrupunda birgə yer alıblar.

Lakin mayın 13-də keçirilmiş görüşdə təşkilatçı ölkə yığması qalib olub - 3:2. Həmin qarşılaşmada "ay-ulduzlular" əsas heyətlə çıxış etməyiblər. "Bakı 2017"də kişi voleybolçuların yarışında Azərbaycan gümüş medal qazandığı halda, Türkiyə bürünc medal uğrunda görüşdə uduzaraq, 4-cü yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti