"Fənərbağça" Azərbaycan millisinin üzvü ilə müqavilə bağladı

24 May 2017 16:24 Voleybol 917
"Fənərbağça" Azərbaycan millisinin üzvü ilə müqavilə bağladı

Azərbaycan millisinin və Yaponiyanın "Toyota" klubunun qadın voleybolçusu Polina Rəhimova karyerasını Türkiyədə - "Fənərbağça"da davam etdirəcək.

Sportinfo.az-ın İstanbul təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 27 yaşlı oyunçu ilə 1 illik müqavilə bağlanılıb. O, 2017-2018 mövsümündə "sarı-lacivərdlilər"in formasını geyinəcək.

"Fənərbağça" vaxtilə Bakı "Lokomotiv"ində də çıxış etmiş Karli Lloydu da heyətinə qatıb. ABŞ millisinin 28 yaşlı voleybolçu 2 illik anlaşmaya imza atıb. Polina Rəhimova Özbəkistanın Fərqanə şəhərində dünyaya gəlib. O, Azərbaycanın "Nəqliyyatçı", "Azərreyl" klublarında da çıxış edib və dəfələrlə ən faydalı oyunçu seçilib.

Digər Xəbərlər
Xəbər Lenti