Azərbaycan qadınlardan ibarət voleybol millisinin kapitanı Odina Bayramova karyerasını Türkiyədə davam etdirəcək. Sportinfo.az yerli “Hüriyyət”ə istinadən xəbər verir ki, Sultanlar Liqası komandalarından “Seramiksan” oyunçumuzu heyətinə qatmaq istəyir.
Bildirilir ki, qarşıdakı bir neçə gün ərzində Bayramova ilə 1 illik müqavilə imzalanacaq. Ötən mövsümü İtaliyada “Firenze”də keçirən Bayramova özünü yaxşı tərəfdən göstərəcəyi halda, müqaviləsinin müddəti artırıla bilər. O, A seriyasına yollananadək Azərbaycanın “Şirvan”, “Bakı” və “Azərreyl” klublarında oynayıb.

