Baş məşqçisini istefaya göndərdi - Super Liqa klubu

23 Noyabr 2020 10:00 Türkiyə 443
Baş məşqçisini istefaya göndərdi - Super Liqa klubu

"Ankaragücü” baş məşqçisi Fuat Çapa ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Super Liqanın 9-cu turunda səfərdə “Göztəpə”yə 1:3 hesablı məğlubiyyətin ardından klub rəhbərliyi baş məşqçi ilə qarşılıqlı razılıq əsasında istefa qərarı alıb.

“Ankaragücü” bu mövsüm Çapanın rəhbərliyi altında 7 oyunda cəmi 2 heç-heçəyə nail olub. Komanda 2 xalla sonuncu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti