Nazir icazə versə, “Qarabağ”…

19 Oktyabr 2020 18:20 Türkiyə 1 001
Nazir icazə versə, “Qarabağ”…

"Sivasspor” Avropa Liqasının qrup mərhələsində ev oyunlarına azarkeş buraxa biləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir açıqlamasında bildirib.

Federasiya rəhbəri Super Liqa, aşağı liqalar və avrokuboklarda oyunlara azarkeşlərin cəlb olunması ilə bağlı klubların müraciətini müsbət cavablandırdıqlarını açıqlayıb.

O, səhiyyə nazirliyinin də icazəsi olarsa, matçlara 30 faizədək azarkeşlərin buraxılması prosesinə başlanılacağını söyləyib.

“Sivasspor”la “Qarabağ” arasında Sivasdakı qarşılaşma III tur çərçivəsində noyabrın 5-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!