Millimizin futbolçusu Türkiyə klubuna icarəyə verildi

15 Sentyabr 2020 13:12 Türkiyə 1 498
Millimizin futbolçusu Türkiyə klubuna icarəyə verildi

"Trabzonspor" Azərbaycan millisinin sabiq futbolçusu Murat Cem Akpınarı icarəyə verib.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi bir il ərzində ölkənin səviyyəcə üçüncü liqasında çıxış edən "Kocaelispor"da mübarizə aparacaq.

Oyunçu ötən mövsümü icarə əsasında həmin çempionatda çıxış edən "Hekimoğlu Trabzon"da keçirib.

Murat Cem Akpınar daha öncə Azərbaycan və Türkiyənin əsas yığmaları arasında seçim etmədiyini bildirib.

Yarımmüdafiəçi Azərbaycanın U-17 yığmasında çıxış edib. Milliyə 2016-cı ildə Təbriz Həsənovun baş məşqçi olduğu vaxt dəvət alan futbolçu 13 oyuna 2 qol vurub.

“Trabzonspor”un aşağı yaş qruplarından ibarət komandasından yetişən futbolçu 2018/2019 mövsümündə Türkiyə Super Liqasında 6 oyuna 1 qolla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var