"Mançester Yunayted"in ulduzu yığmamızla oyunu gözləmədi, ayrıldı

18 Noyabr 2024 00:40 Milli komanda 848
"Mançester Yunayted"in ulduzu yığmamızla oyunu gözləmədi, ayrıldı

İsveç millisi UEFA Millətlər Liqasının 6-cı turu çərçivəsində doğma meydanda Azərbaycanla oyundan öncə itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Sözügedən yığmanın müdafiəçisi Viktor Lindelof sıradan çıxıb. "Mançester Yunayted"in futbolçusu yığmanın düşərgəsini tərk edib.

İsveç - Azərbaycan matçı 19 noyabr tarixində Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!