"Qalatasaray" - "Beşiktaş" derbisi azarkeşsiz keçiriləcək

13 Mart 2020 00:56 Türkiyə 802
"Qalatasaray" - "Beşiktaş" derbisi azarkeşsiz keçiriləcək

Türkiyədə aprelin sonlarınadək bütün idman yarışları koronavirus səbəbindən azarkeşsiz keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bununla bağlı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən toplantıda qərar qəbul olunub.

Qərar Türkiyə Super Liqası qarşılaşmalarına da şamil edilib. Beləliklə, martın 13-dən bütün oyunlara tamaşaçı buraxılmayacaq.

Martın 15-də "Qalatasaray" və "Beşiktaş" komandaları arasında Superliqanın XXVI tur matçı da azarkeşsiz keçiriləcək. Tamaşaçısız oyunlar XXXII turadək davam edəcək. Türkiyə Kubokunda isə yarımfinal qarşılaşmaları bağlı qapılar arxasında oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!