“Qalatasaray” “Real”a sorğu göndərdi - Fransız üçün

20 May 22:00 Türkiyə 899
“Qalatasaray” “Real”a sorğu göndərdi - Fransız üçün

“Qalatasaray” “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə maraqlanır.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi fransalı futbolçunun müqavilə şərtləri barədə ilkin sorğu göndərib. Ancaq hələlik rəsmi transfer təklifi edilməyib

. Klub sadəcə məlumat toplayır.

Bildirilir ki, Kamavinqanın Fransa millisinin 2026-cı il dünya çempionatı üçün heyətinə düşməməsi onun Madrid klubundakı gələcəyi ilə bağlı sualları artırıb.

Həmçinin futbolçuya Dortmund “Borussiya”sı tərəfindən də maraq olduğu iddia edilir.

Mediada yer alan başqa xəbərlərə görə, “Real”ın baş məşqçi postuna mümkün təyinatı gözlənilən Joze Mourinyo Kamavinqaya tam güvənmir və onun komandadakı rolunu azalda bilər.

Mourinyo hazırda “Benfika”nı çalışdırır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?